Xədicə İsmayılovanı 8 ay həbslə hədələyiblər
Azadlıq” radiosunun icmalçısı Xədicə İsmayılova facebook səhifəsində yaydığı materilla bağlı cinayət işi qaldırılmasını təəccüblü adlandırır. İsmayılova Turana müsahibəsində bildirib ki, bundan əvvəl tədqiqatlarında Azərbaycanda çoxsaylı korrupsiya faktları aşkarlayıb. Amma prokurorluq indiyə kimi bununla bir dəfə də olsun maraqlanmyıb.
O, prokurorluğu bu faktları araşdırmağa çağıraraq, istintaqa yardımçı olmağa və sənədləri əldə etdiyi mənbələri açıqlamağa hazır olduğunu vurğulayıb. İsmayılova həmçinin yüksək rütbəli dövlət məmurlarının xarici ölkələrdə bahalı daşınmaz əmlak əldə etmələrinə dair daha üç tədiqiqatını başa çatdırdığını söyləyib. Yaxın günlərdə həmin materialların dərc olunacağı nəzərə çatdırılıb. Materiallar beynəlxalq jurnalist araşdırma şəbəkəsilə tərəfdaşlıq nəticəsində hazırlanıb və bu işlərin nüsxələri xaricdə saxlanılır.
Bunları araşdırmaq əvəzinə prokurorluğun müstəntiqləri İsmaılovadan xüsusi xidmət orqanının müxalifətçini ələ alması haqda sənədi verən mənbəni açqılamasını tələb edirlər. Əks halda, jurnalısiti 6 həbslə hədələyiblər (Turan).

