Muəllif:

Xədicə İsmayılova prokurorluğa çağırılıb

Araşdırmaçı jurnalist Xədicə İsmayılova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu gün Baş Prokurorluğun nümayəndəsi ona telefon edərək bildirib ki, fevralın 17-də Facebook sosial şəbəkəsində yaydığı sənədlə bağlı CM-in 284-cü maddəsi ilə (dövlət sirrinin yayılması) cinayət işi qaldırılıb.

İsmayılova bildirib ki, prokurorluğa rəsmi çağırış məktubu alandan sonra gedəcək. O qeyd edib ki, bundan əvvəl prokurorluq ona qarşı baş vermiş qanunsuz hərəkətləri, onun şəxsi həyatına müdaxiləni araşdırmayıb. Qeyd edək ki, İsmayılova 2011-c ildə MTN əməkdaşının qurum rəhbərliyinə xidməti məktubunu dərc edib. Məktubda müxalifət fəalının ələ alındığı bildirilir. Belə ki, o 600 manatın müqabilində xüsusi xidmət orqanlarını müxalifətdaxili fəaliyyət barədə məlumatlandırmağa və onun sıralarına nifaq salmağa hazır olduğunu bildirib.

Əgər sənəd saxta deyilsə,  xüsusi xidmət orqanlarının siyasi axtarış üzrə qanunsuz tapşırıqları yerinə yetirməsindən və müxalifət arasında pozucu fəaliyyət aparmasından xəbər verir.

Bundan əvvəl Baş Prokurorluğun nümayəndəsi dövlət və ya xidməti sirrin olduğu sənədlərin dərci ilə əlaqədar bu iş üzrə araşdırmanın aparılması faktını təsdiqləyib (Turan).

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 129