Muəllif:

“Xasavyurt bandası”nın başçısı Tural Atayev əslən Balakənin Mahamalar kəndindən imiş

Dağıstanda  xüsusi əməliyyat zamanı öldürülən “Xasavyurt bandası”nın başçısının Azərbaycanın Balakən rayonundan olduğu üzə çıxıb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, 1988-ci il doğumlu Atayev Tural Murtuzəli oğlu Balakənin Mahamalar kəndində doğulub. Bir neçə il əvvəl  radikal dini qruplaşmalara qoşularaq Azərbaycanı tərk edib.  Atayev silahlı qruplaşma üzvləri arasında “Yəhya” ləqəbi ilə tanınırmış.

Dünən Rusiya Federal Təhlükəsizlik Xidməti və DİN-in xüsusi təyinatlı dəstələri Xasavyurt rayonunun Pervomaysk kəndindəki fərdi evlərdən birini mühasirəyə alıblar. Evdə olan qanunsuz dəstə üzvlərinə təslim olmaq təklif olunub, lakin silahlılar hüquq-mühafizə orqanlarının əməkdaşlarını avtomat silahdan atəşə tutublar.

Xüsusi əməliyyat zamanı evdə olan 5 silahlı zərərsizləşdirilib. Onların şəxsiyyəti müəyyənləşdirilib. Öldürülən silahlılar arasında “Xasavyurt bandası”nın başçısı hesab edilən Azərbaycan vətəndaşı, 1988-ci il doğumlu Tural Atayevin da olduğu bildirilir. Rusiya Milli Antiterror Komitənin (MAK) məlumatında Tural Atayevin ötən il Pyatiqorsk şəhərində törədilən terror aktının təşkilatçısı olduğu bildirilir.

Olay yerində çoxlu sayda silah və sursat aşkarlanıb. Mülki əhali arasında xəsarət alanların olmadığı bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 474