Muəllif:

Xarkov şəhər meri Gennadi Kernes kürəyindən vuruldu

Ukraynanın Xarkov şəhərinin meri Gennadi Kernes sui-qəsdə məruz qalıb. Bu hadisə bu gün yerli vaxtla saat 12.00-a yaxın baş verib. Xarkov Şəhər Şurasından bildiriblər ki,  Kernes kürəyindən güllə yarası alıb. O, hazırda xəstəxanada əməliyyat olunur. Həkimlər onun həyatını xilas etməyə çalışırlar.  Xarkov Ukraynanın Rusiya ilə həmsərhəd şərq vilayətlərindən biridir. Şəhərdə bir müddətdir Rusiyayönümlü separatçıların kütləvi aksiyaları keçirilir.

Xarkov qubernatorunun keçmiş müavini Yuri Sapronov G. Kernesin Belqorod şosesində idman məqsədli qaçış zamanı meşə istiqamətindən açılan atəşlə yaralandığını deyib: “Yarası ağırdır. Güllə ağciyər və qaraciyəri deşib”.

Ukrayna DİN hadisə yerində operativ istintaq qrupunun çalışdığını və fakt üzrə cinayət işi qaldırıldığını açıqlayıb. Hazırda Kernes Xarkov şəhər xəstəxanasında müalicə olunur.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 351