Muəllif:

Xarici vətəndaşları soyan iki quldur yaxalanıb

Bakıda iki nəfərə qarşı quldurluq edən şəxslər tutulub.   Bakı şəhər sakini Andrey Sorokin DİN «102» xidmətinə zəng vuraraq, martın 8-də saat 02 radələrində Zərifə Əliyeva küçəsində naməlum şəxslərin arxadan onun baş nahiyəsinə vuraraq cibindən 500 manat, 2 ədəd bankomat kartı, mobil telefonu və şəxsiyyət vəsiqəsini götürdüklərini bildirib.

DİN Baş Cinayət Axtarış İdarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsizlik Şəhər Xidmətinin və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Qabil Cəfərov və Kamran Aslanov tutulublar.

Müəyyən edilib ki, onlar martın 13-də Nəsimi rayonu Səməd Vurğun küçəsində Böyük Britaniya vətəndaşı Hughes Robertə də təzyiq edərək qızıl üzüyünü, qol saatını və 2 ədəd mobil telefonunu götürüb qaçıblar.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 115