Muəllif:

Xalça muzeyinə qısa bir ad tapıldı

Nazirlər Kabineti Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin ço uzun  adının dəyişdirilməsi barədə qərar verib və bundan sonra muzey Azərbaycan Xalça Muzeyi  adlandırılacaq. Cəmi üç söz. Milli Xalça Muzeyi olsaydı, bizcə daha münasib olardı.

Ümumiyyətlə ölkədə çox uzun adı olan və heç kəsin bu uzun adları tam demədiyi nə qədər idarə, müəssisə var. Sovetizmdən qalma cəfəng ənənədir – onların hamısının adları qısaldılsa yaxşı olardı.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 178