Muəllif:

“Vur” əmri verilib: F-16-lar Süleyman Şah üçün hazırdır

Gizli olaraq Əsəd rejiminə bağlı İraq-Şam İslam Dövləti (İŞİD) terror örgütünün Suriyanın Hələb şəhərində bulunan Süleyman Şah Türbəsini təhdid etməsine qarşılıq olaraq Genelkurmay  ‘vur’  əmri vermişdir. Suriyada iç savaş davam edərkən Şanlıurfanın Birecik sınırının 28 kilometr o yanında bulunan və Türk toprağı statusundakı  Süleyman Şah Türbəsi Iraq Şam İslam Dövləti örgütünün təhdidi altındadır. İŞİD’in yayımladığı iddia edilən bildirişdə Süleyman Şah Türbəsi 3 gün içində boşaldılıb Türk bayrağının endirilmədiyi halında türbəni yerlə bir edəcəkləri təhdidinde bulunulduğu deyilmişdir.

Caber Qalası Yavuz Sultan Səlim dövründe Osmanlı torpaqlarına qatılmışdır.  Osmanlı Dövlətinin qurucusu Osman Bəyin babası Süleyman Şahın məzarı buradadır. Ətrafda türkmən köyləri yerləşir. Suriya ərazisi içərisində olsa da, dövlətlərarası müqaviləyə əsasən,  bura Türkiyə torpağıdır və burada türk əsgərləri növbə çəkirlər.

Rəsmi Ankara  örgütün sosyal paylaşım saytında 18 Martda belə bir təhdidi yaydığını, ancaq hər ehtimalda da Türkiyənin reaksiyasının qəti olacağını vurğulamışdır. Yetkililər belə bir təhdidin olup-olmamasının önemli olmadığını, gərək olduqda hər formada önləm alınacağını bildirərək, böhran başladıqda havalanmaq üzərə F-16-ların bomba yüklü olaraq gözlədiyini vurgulayıblar, deyə Sabah qəzeti yazır.

Olası bir tehdidde Hava Qüvvələrinə aid F-16-ların havalanaraq sadəcə 10 dəqiqə içərisində bölgəyə müdaxilə edəcəyi bildirilir. 8 ədəd F-16-nın sınırda patrul növbəsində olduğu da diqqəti çəkib.

Qaynaqlar situasiyanı  «Bütün bunların hamısı ehtimal daxilində ssenaridir. Süleyman Şah məsələsi 2-3 il önce ələ aldığımız bir mövzudur. «Süleyman Şah’la bağlı  nə edərik?» bunu çox öncədən  danışdıq. Arzu edirik bunların heç birinə gərək olmasın» deyə qiymətləndirirlər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 275