Vüqar Bayramov: Mənzil bazarında bahalıq yaranacaq
İqtisadçı ekspert Vüqar Bayramov Facebook səhifəsində paytaxtın əmlak bazarında yeni qiymət təlatümünün gözlənildiyi haqda yazıb.İqtisadçı paytaxtda 10 min evin söküləcəyi haqda xəbərə əsasən bu 10 min insanın həm də mənzil almaq üçün əmlak bazarına axan müştəri olduğunu önə çəkir. Əmlak bazarına bu qədər müştərinin daxil olması mənzilə tələbatın yüksəlməsinə, qiymətlərin birmənalı şəkildə artmasına səbəb olacaq.
2013-cü ildən mənzil bazarında müşahidə olunan artımların bu il də davam edəcəyi vurğulanıb və keçən il mənzil bazarında artımın 12% olduğu xatırladılıb.
Şəhərin mərkəzindən kənarda 3 və daha çox, mərkəzə yaxın binalarda isə 2 otaqlı mənzillərə tələbat artacaq. Bu ilə proqnozlaşdırılan qiymət artımından ehtiyat edən potensial mənzil alıcılarının mənzilləri qiymət artımına qədər almaq istəmələrinin də bazarda bahalıq yaradacağı nəzərə çatdırırlar.
Bayramov mənzil bazarında süni qiymət artımının artıq müşahidə olunduğunu bəyan edib. O, Bakının yeniləşməsinin mənzil bazarında qiymət artımına gətirməməsi üçün vətəndaşlara nağd kompensasiyanın yerinə sökülən evlərin əvəzində uyğun mənzillərin verilməsini təklif edir (Turan).