Muəllif:

Vüqar Abbacov Brüsseldən bizə yazır

Fevralın 28-də Avropanın paytaxtı hesab edilən Brüssel şəhərində l  Azad Universitetinin(Vrije Universiteit) iclas salonunda Azərbaycanın Belçika Krallığı səfirliyinin, Dünya Azərbaycanlıları Konqresi (DAK) və Belçika Azərbaycan Dostluq Cəmiyyətinin (BADC) təşkilatçılığı ilə “Qafqazda və bölgədə erməni problemi” adlı konfrans keçrildi. Tədbiri açıq elan edən DAK  sədr müavini Asif Qurban ilk sözü BADC – nin sədri Ayhan Dəmirçiyə verdi. Ayhan bəy gələn qonaqları salamladıqdan sonra tədbirin keçirməkdə məqsədlərinin dünyanı erməni yalanlarından xəbərdar etmək olduqlarını diqqətə çatdırdı.  Daha sonra kürsüyə fövqəladə və səlahiyyətli səfir Fuad İsgəndərov dəvət  olundu.  Fuad bəy tədbirin bu cür yüksək səviyyədə təşkilinə görə hər kəsə, özəlliklə Ayhan Dəmirçiyə və Asif Qurbana təşəkkür etdikdən sonra erməni probleminin bölgəmizə vurduğu ziaynlardan söhbət açdı. “Şərq Tərəfdaşlığı” proqramına daxil olan bir dövlətin proqrama daxil olan digər bir dövlətin ərazisinin işğal etdiyini diqqətə çatdıran səfir dünyanın buna biganə qalmmamalı olduğunu qeyd etdi. “Avropadakı sisətçilərlə söhbətimdə mənə: “Ölkənizin Avropaya tam olaraq inteqrasiyasına nə mane olur?” – deyə sual edəndə, “Ərazilərimizin işğalda olması” –cavabını verirəm” – deyən səfir diplomatik dillə: “Bu gün Moldaviya və Ukraynada baş verənlərə baxmaq bir çox məsələlərə aydınlıq gətirər və biz dünyaya bunu belə anlatmalıyıq” – deyərək zala toplanmış diaspor nümayəndələrinə mesaj verdi.

Daha sonra  çıxış edən Belçikalı araşdırmaçı, Qafqaz üzrə mütəxəssis Mişel İvor (Michel İvor) Azərbaycan torpaqlarının 20 ildir  Ermənistan tərəfindən işğalda olmasına diqqət çəkdi. Dünyanın bu fakta biganə olmamalı olduğunu qeyd edən çıxışçı, dünya dövlətlərinin bu ədalətsizliyə göz yumduqca digər yerlərdə də bu cür ədalətsizliyin olacağının qaçılmaz olacağını qeyd etdi.

Türkiyənin Doqquz Eylül Universitetindən olan çıxışçı Vəfa Qurban  həm də olduqca ətraflı bir təqdimat etdi. Xocalının tək Azərbaycanın deyil, həm də Türkiyənin və bütün Türk dünyasının problemi olduğunu diqqətə çatdıran Vəfa xanım dünyada yaşayan türklərin bu istiqamətdə bərabər çalışmalı olduqlarını xüsusi vuğuladı. “Ermənilər Xocalı hadisələri ilə əslində olmayan bir “soyqrım”ın intiqamını almaq istəyirdilər” – deyə natiq çıxışına davam etdi. Erməniləriin “dənizdən — dənizə”  bir dövlət qurmaq istədiklərini qeyd edən Vəfa xanım Ermınistanın pul vahidinin və digər dövlət atributlarının üzərində  Türkiyə ərazisində yerləşən Ağrı Dağının rəsminin əks olunmasını təsadüf hesab etmədiyini bildirdi.

Azərbaycan Respublikasının Millət Vəkili Dr. Qənirə Paşayevadan da olduqca maraqlı bir çıxış dinlədik.  Xocalı soyqrımı və Qafqazda olanları avropalılara düzgün anlatmaq lazım olduğunu, bunun üçün isə bizlərin bilgili olmamızın vacibliyin altını çizdi. O, həm də qeyd etdi ki, əks halda görəcəyimiz işlər heç bir fayda verməz və hətta əleyhimizə işləyər. Bu soyqrımın həm də dünyada yaşayan  türklərə olduğu kimi çatdırmağın vacibliyini vurğulayan millət vəkili zalda Avropanın müxtəlif ölkələrindən olan Azərbaycan və digər Türk diaspor təşkilat rəhbər və nümayəndələrinin olmasından məmunluğunu ifadə etdi. “Statistik rəqəmlərə baxsaq bizim sayımız ermənilərdən qat-qat çoxdur. Sadəcə bir yerdə çalışmamız lazımdır” – deyə Qənirə xanım  hər birimizin bu işdə eyni mövqedən çıxış etməli olduğumuzu qeyd etdi.  Daha sonra xanım Paşayeva 22 il öncə Xocalıda olanların insanlıq adına bir ləkə olduğunu və dünyanın bunu belə bilməsi gərəkdiyini bildirdi. Son vaxtlarda dünyanın bir çox dövlətlərinin, Amerikanın bəzi ştatlarının Xocalı hadisələrini soyqrım kimi tanınmasıını,   digər dövlətlərin də bundan örnək almalı olduğunu qeyd edən  çıxışçı ədalətin gec-tez öz yerini tutacağına inamını ifadə etdi.

Daha  sonra tədbir sual – cavabla davam etdi. Qeyd edim ki,  konfransa Avropanın müxtəlif ölkələrindən, Niderlanddan, Belçikadan,  Almaniyadan çoxsaylı diaspor nümayəndələri, təşkilat rəhbərləri, üniversitet tələbələri qatılmışdı.

Sonda konfransın yüksək səviyyədə  keçrildiyini, təşkilatşılara ayrı-ayrılıqda təşəkkür etməyi və belə bir konfransa dəvət olunduğumdan məmunluğumu ifadə etməyi  özümə borc bilirəm.

Brüsseldən (Belçika) “Ayna” üçün.

[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 229