Muəllif:

Volqoqradda vağzalda və trolleybusda teraktları törədənlərin kimliyini müəyyənləşib

Rusiya hüquq-mühafizə orqanları Volqoqradda vağzalda və trolleybusda terror aktlarını törətmiş şəxslərin kimliyini müəyyənləşdirib. Bu barədə Rusiya Federasiyasının terror əleyhinə Milli Komitəsinin məlumatında bildirilir. Bəlli olub ki, 2013-cü ilin 29-30 dekabr tarixlərində Volqoqradda terror aktlarını Əsgər Səmədov və Süleyman Maqomedov adlı şəxslər törədib. Hər iki şəxsin Buynak terrorçu qruplaşmasının üzvü olduğu bildirilir. Bu terrorçu-kamikadzelərin Volqoqradda törətdiyi partlayışlar nəticəsində 30-dan çox adam ölüb, 100 nəfər yaralanıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 86