Muəllif: Redaksiya
Volqoqrada terrorçu-kamikadzelər göndərən şübhəlini tapıb öldürdülər
Terror aktlarının törədilməsi məqsədilə Volqoqrada terrorçu-kamikadzeləri göndərməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib. Rusiya xəbər qaynaqlarına istinadən, bu əməliyyat Dağıstanda keçirilib. Dağıstanın İzberbaş şəhərində keçirilən xüsusi əməliyyat zamanı Kadar cinayət qruplaşmasının lideri, 30 yaşlı Cəmallədin Mirzəyev öldürülüb.
Bölüm: Xəbərlər
Oxunma sayı: 151