Muəllif: Redaksiya
Vladimir Putin Mustafa Krımoğlunu görüşüb danışmağa dəvət edib
Ukrayna Ali Radasının üzvü, Krım Tatar Məclisinin sabiq sədri Mustafa Abdulcəmil Krımoğlu Rusiya prezidenti Vladimir Putinlə görüşə dəvət edilib. Mustafa Krımoğlu bu barədə özü deyib və onun fikrincə, Kremldə onunla Krımda yaranmış vəziyyəti müzakirə edərək Krım tatarlarını öz tərəflərinə çəkməyə cəhd göstərəcəklər. Krımoğlu hələlik görüşə gedib-getməməklə bağlı qərar vermədiyini söyləyib: “Rəhbərliklə məsləhətləşməliyəm. Aydındır ki, mənimlə Rusiya qoşunlarının Krımdan çıxarılmasını müzakirə etməyəcəklər, nəsə təklif edəcəklər”. Krım tatarlarının ağsaqqalı dəvətin şəxsən Vladimir Putindən gəldiyini vurğulayıb.
Bu böhranlı anlarda Ukrayna dövlətinə sadiq qalan Krım tatarları muxtar respublikada separatçılığı və Rusiyaya birləşməklə bağlı qərarları rədd edirlər.
Mustafa Krımoğlu (Cəmilov) hazırda Yuliya Timoşenkonun rəhbərlik etdiyi “Batkivşina” (Vətən) Partiyasının parlament fraksiyasının üzvüdür.
Bölüm: Siyasət
Oxunma sayı: 123