Muəllif:

Vitse-admiral oğru imiş?

Azərbaycanın bir neçə KİV-i ölkə HDQ-nin keçmiş komandanı, vitse-admiral Şahin Sultanovun saxlanıldığı və həbs edildiyi haqqında məlumat yayıblar. O, 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (böyük ölçüdə mənimsəmə) maddələrdə nəzərdə tutulmuş əməllərdə ittiham olunur.

Prokurorluq və Müdafiə Nazirliyi bu məlumatlarla bağlı şərh vermir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Turan-a bildiriblər ki, Sultanov ehtiyata göndərilib və artıq SQ-də xidmət etmir, buna görə prokurorluğa müraciət etmək lazımdır.

Eyni zamanda, hüquq-mühafizə orqanlarında məlumatlı mənbə bildirib ki, çərşənbə günü Sultanov sorğuya çağırılıb, axşam isə iş materialları qətimkan tədbiri seçilməsi üçün məhkəməyə göndəriləcək.

Xatırladaq ki, Sultanov martın əvvəllərində vəzifədən azad edilib. Elə həmin vaxt buna HDQ-də oğurluq və sui-istifadə faktlarının səbəb olduğu barədə qeyri-rəsmi məlumat yayılıb. Bunun ardınca bir neçə zabit işdən qovulub və həbs edilib (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 228