Viktor Yanukoviç Moskva vilayətində imiş və özünü hələ də «prezident» sayır
Ölkələrə siyasi fırıldaq yolu ilə sırınan prezidentlərin son sığınacaq yeri Moskvadır. Onların sırasına qaçaq Yanukoviç də qoşulub.Ukraynada parlament tərəfindən prezident vəzifəsindən kənarlaşdırılan və beynəlxalq axtarışa verilən Viktor Yanukoviç hazırda Moskva vilayətində olduğu üzə çıxıb. Bu barədə RBK xəbər yayıb. Bəlli olub ki, Yanukoviç Rusiyadan kömək istəyib və hələ də özünü Ukraynanın prezidenti sayır. Bu barədə bu gün yaydığı bəyanatında bildirib.
Yanukoviç onun ölkədə hakimiyyəti ələ keçirmiş “ekstremistlər”in əməllərindən qorumaq üçün Rusiyadan yardım da istəyib. Qaçaq eks-prezident Ali Radanın qəbul etdiyi qərarların qeyri-legitim olduğunu vurğulayır.
Yanukoviç çikayətlənib ki, onu və tərəfdarlarını qisas almaqla hədələyirlər. O, Ukraynada vəziyyəti hüququ müstəviyə qaytarmağa çağırıb və özünü ölkənin qanuni rəhbəri hesab etdiyini deyib. “Əminəm ki, bu şərtlərlə qəbul olunan bütün qərarların qeyri-effektiv olduğu ən qısa zamanda məlum olacaq, həmin qərarlar icra olunmayacaq”, — deyə Yanukoviç vurğulayılb.
Deyildiyinə görə, Yanukoviç RF hökumətinə müraciət edərək şəxsi təhlükəsizliyinin təmin olunmasını xahiş edib və bu xahiş Rusiya ərazisində təmin olunub.
Görünür, Yanukoviç də ömrünün qalah hissəsini Moskva çayından balıq tutmaqla keçirəcək. Bir vaxt Əfqanıstandan başını götürüb Moskvaya — ağalarının yanına qaçan Bəbrək Karməl də vaxtını Moskva çayından balıq tutmaqla öldürürdü…