Muəllif:

Vətəndaşlığın verilmə proseduru sadələşdi: Rusiya özünə yaxın ətrafdan əhali yığır

Rusiya özünə yaxın ətrafdan çoxlu əhali yığacağına zmid edir. Belə ki, MDB ölkələri, Gürcüstan və Baltikyanı respubikalarının vətəndaşlarına Rusiya vətəndaşlığının verilməsi proseduru sadələşdirilib. Artıq müvafiq qanun prezident Putin  tərəfindən imzalanıb.

Bu qanuna görə, rus dilini bilən xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Rusiya pasportunun verilmə qaydaları asanlaşdırılıb.  Bu şəxslərin özlərində, yaxud da yaxın qohumlarında əvvəllər Rusiya Federasiyasında, o cümlədən Rusiya imperiyası və SSRİ-nin tərkibində olan ərazilərdə daimi yaşadıqlarını təsdiq edən sənədi olmalıdır.

Rusiya vətəndaşlığına iddia edən şəxslər həmçinin hazırda vətəndaşı olduğunu ölkənin vətəndaşlığından imtina etməlidir.

Xarici ölkə vətəndaşlığından imtina eləcə də hazırda Rusiyada yaşayan əcnəbilərə müvafiq şərtlərdən (5 il daim Rusiyada yaşamaq və lazımi səviyyədə rus dilini bilmək) yan keçməklə, Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada almaq imkanı verir.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 176