Muəllif:

Urmiyada 5 məhbus dara çəkilib

Qərbi Azərbaycan vilayətində 5 məhbus edam edilib. Bu məhbuslar qətldə müqəssir bilinərək dara çəkiliblər. Bu günlərdə 6 məhbus edam hökmlərinin icrası üçün Urmiya şəhər mərkəzi həbsxanasının təkadamlıq kamerasına köçürülüb və onlardan 5-i asılıb. Onların ad və soyadları da açıqlanıb. Bunlar Kərəm Rəsayi, Cavad Qəşəmzadə, Həmidislam Sekan, Rəşid Kəramət və Xəzər Ahusdur.

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 30-da səhər saatlarında Urmiya şəhərinin mərkəzi həbsxanasında (Dərya) icra olunub.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 170