Muəllif:

Urmiya gölü sürətlə qurumaqda davam edir

Urmiya gölünün qurumasının artması gələcək aylarda ətraf mühitə daha da mənfi təsir göstərəcək. Qərbi Azərbaycan vilayətinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri Həsən Abbasnejad bildirib ki, göldə suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 40% azalıb:

“Son 13 ildə yağıntıların miqdarının azalması ilə yanaşı, yağıntıların şəklinin dəyişməsi və temperaturun artması Urmiya gölünün qurumasına təsir göstərib. Hazırda gölün cənub hissəsində quruma prosesi daha çox müşahidə edilir. Hazırda Urmiya gölündəki adalara səfər edərkən çətinliklərlə qarşı-qarşıya qalırıq”.

Urmiya gölü Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 100