Muəllif:

Ümumdünya Ticarət Təşkilatına üzv olmayacağıq

Yaxın perspektivdə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq niyyətində deyil. Dövlət başçısı İlham Əliyev bu haqda ölkə regiopnlarının iqtisadi iinkişafı üzrə konfransda danışıb. “Hər bir ölkə öz bazarını qorumalıdır və Azərbaycan da bu yolla gedir. Bizi bu quruma israrla dəvət emələrinə baxmayaraq hələ ki. ÜTT-yə daxil olmamışıq”deyə Əliyev bildirib.

Prezident Azərbaycann mövqeyini yerli istehsalçıların müdafiəsilə əlqəaləndirib.

“Biz əvvəlcə öz fermer və şirkətlərimizə şərait yaratmalıyılq. Biz öz bazarımızı keyfiyyətsiz, ucuz xarici əmtəələrin daxil olması üçün başqa cür aça bilmərik, belə olsa yerli istehsal ölər, fermerlər əziyyət çəkər”deyə İ.Əliyev qeyd edib.

“Azərbaycan ÜTT-nin üzvü olacaq, amma bunun nə vaxt olmasını Azərbaycan özü həll edəcək Azərbaycan ÜTT-yə kənd təsərrüfatı və sənaye ixrac yönlü olanda daxil olacaq. O zaman baxıb gərəik ki, indi bizi israrla bu quruma çağıranlar o zaman da çağıracaqlarmı?”deyə İ.Əliyev vurğulayıb.

Qeyd edək ki, ÜTT-yə üzvlük Avropa İttifaqı ilə sərbəst ticarət haqqında saziş imzalmağı da nəzərdə tutur (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 154