Muəllif:

Ulyanovsk qubernatoru Bakıya gəlib: məqsəd iqtisadi əlaqələri genişləndirməkdir

Rusiyanın Ulyanovsk vilayəti Azərbaycanla ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu məqsədlə Ulyanovsk vilayət hökumətinin sədri, ixtisasca iqtidsadçı olan qubernator Sergey Morozovun rəhbərlik etdiyi  heyət Bakıdadır. Morozov  iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşüb.

“APA-Economics”in məlumatına görə, Mustafayev Azərbaycanın Rusiya, o cümlədən onun federal subyektləri ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyini bildirib. O, Rusiya ilə Azərbaycan arasında siyasi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.

Nazir qeyd edib ki, indiyədək Azərbaycan və Rusiya arasında iqtisadi sahədə 30-dan çox, ümumilikdə isə müxtəlif sahələrdə 160-dan çox sənəd imzalanıb. Bir sıra sənədlər isə razılaşdırma mərhələsindədir: “Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsində indiyədək 13 iclası keçirilmiş Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər”.

Mustafayev deyib ki, son illər Rusiya tərəfindən ölkəmizdə əsas kapitala 628,4 mln. ABŞ dolları investisiya yatırılıb: “Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi isə son 10 ildə təqribən 1 mlrd. ABŞ dolları təşkil edib. Azərbaycan Rusiya ilə yanaşı, bu ölkənin federal subyektləri, o cümlədən Ulyanovsk vilayəti ilə də uğurla əməkdaşlıq edir”.

Sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarının, iş adamlarının iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsinin müzakirə olunduğu görüşdə Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də məlumat verib.

Rusiyanın Ulyanovsk vilayətinin qubernatoru Morozov hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb. S.Morozov Azərbaycanın Rusiyanın subyektləri, o cümlədən Ulyanovsk vilayəti ilə əməkdaşlığının genişlənməsindən məmnunluğunu ifadə edib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 165