Muəllif: Redaksiya
Ukraynaya qarşı Rusiyadan düşük informasiya savaşı
Rusiya artıq Ukraynaya qarşı informasiya savaşına başlayıb: Birinci kanalda guya sərhəd buraxılış məntəqəsindən ukraynalıların kütləvi surətdə Pusiyaya qaçdığı deyilib və bu zaman Ukrayna-Polşa sərhədində nəzarət-buraxılış məntəqəsi göstərilib…
İddia edilib ki, guya Ukrayna sakinləri Rusiyanın Kursk, Belqorod, Bryansk, Rostov vilayətlərinə axışırlar… Telekanal iddia edib ki, guya son iki həftədə sərhədi 140 min ukraynalı keçib… Bu zaman Lvovda sərhəd buraxılış məntəqəsindən kadrlar göstərilib…
Rusiyanın 3 qubernatoru utanmadan bu “axın” barədə danışıblar… Bu isə artıq informasiya savaşının düşük elementidir.
Ukrayna tərəfi bu nömrələri “televiziya qoşunlarından istifadə etməklə” informasiya savaşının epizodları adlandırıb.
Bölüm: Dünya
Oxunma sayı: 144