Muəllif:

Ukraynanın Rusiya ilə münaqişəsi hərbi mərhələyə keçdi…

Ukrayna baş naziri Arseni Yasenyuk Rusiya hərbçilərinin Krımda Ukrayna hərbçilərinə qarşı həyata keçirdikləri güc tədbirləri ilə bağlı məsələnin təcili həll olması üçün Ukrayna, ABŞ, Böyük Britaniya və Rusiyanın müdafiə nazirlərinin iştirakı ilə dərhal komissiyanın çağırılmasını tələb edir. Bu barədə Ukrayna baş naziri bu gün Müdafiə Nazirliyində çıxışı zamanı deyib.

“Bu gün Rusiya hərbçiləri Ukrayna hərbçilərinə atəş açmağa başlayıb, bu isə artıq hərbi  cinayətdir. Bu səbəbdən Budapeşt memorandumunun iştirakçıları olan Ukrayna, ABŞ, Böyük Britaniya və Rusiyanın Müdafiə Nazirlikləri səviyyəsində dərhal birgə komissiya çağırılmalıdır. Hərbi münaqişənin dərinləşdirilməsinə yol verilməməsi məsələsini həll etmək və Ukrayna dövlətinin hüquqlarının bərpasına və Rusiya tərəfindən beynəlxalq hüquq normalarının pozulmasının dayandırılmasına dair siyasi dialoqa başlamaq gərəkdir”, deyə Yasenyuk bildirib.     

Ukrayna Hərbi-Dəniz Qüvvələrinin  komandanı kontr-admiral Sergey Qayduk bu gün Ukrayna hərbçilərinə qarşı Krımda artıq odlu silahlardan istifadə olunduğunu bildirib. 

Bəlli olduğu kimi,  Rusiya xüsusi təyinatlılarının Simferopolda yerləşən Ukrayna Silahlı Qüvvələrinin fotoqrammetriya mərkəzinə həyata keçirdikləri hücum nəticəsində bir Ukrayna hərbçisi həlak olub. Bu barədə “İnformasiya müqaviməti” qrupunun təşkilatçısı Dmitri Timçuk öz  Facebook səhifəsində bildirib. Onun sözlərinə görə, Rusiya xüsusi təyinatlılara döyüş dəstəyi “özünümüdafiə” dəstəsi adlandırılan qruplaşmanın  üzvləri tərəfindən göstərilib.  

Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə mətbuat mərkəzinin rəhbəri Vladislav Seleznevin sözlərinə görə, hücum nəticəsində fotoqrammetriya mərkəzinin bir əməkdaşı həlak olub. Həlak olan hərbçi hərbi hissə ərazisində növbə çəkirmiş.    

Dmitri Timçukun sözlərinə görə, atəş “özünümüdafiə” dəstəsi tərəfindən açılıb. Yaralı hərbçi xəstəxanada keçinib. 

Rusiya xüsusi təyinatlılarının Simferopolda yerləşən Ukrayna Silahlı Qüvvələrinin  fotoqrammetriya mərkəzinə həyata keçirdikləri hücum nəticəsində Ukrayna ordusunun giziri S.V.Kakurin ölüb. Məlumata görə, insident nəticəsində həmçinin kapitan Fedunun və daha bir hərbçinin  yaralandığı bildirilir.

Məlumatda  hərbi obyektin zəbt olunduğu da bildirilir. Obyektdə olan Ukrayna hərbçilərinin tərksilah olunaraq meydançaya düzüldüyü bildirilir.  Ukrayna Silahlı Qüvvələrinin  fotoqrammetriya mərkəzininin Krım “özünümüdafiə” dəstəsi deyil, Rusiya xüsusi təyinatlıları tərəfindən zəbt olunub.    Ukrayna Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. Məlumata görə, hücum edən şəxslər Rusiya Silahlı Qüvvələrinin fərqlənmə nişanı olmayan hərbi geyimdə olublar,  avtomat və snayper tüfəngi ilə silahlanıblar.  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 409