Muəllif: Redaksiya
Ukraynanın keçmiş energetika naziri Eduard Stavitski oğrunun yekəsi imiş
Demə, Ukraynanın keçmiş energetika naziri Eduard Stavitski oğrunun yekəsi imiş. Öz xalqının varidatına dadanmış bu oğrunun mənzillərində və ofislərində aparılmış axtarışların gedişində 42 kq qızıl və 4,8 mln dollar aşkarlanaraq götürülüb. Ukrayna DİN rəhbəri Arsen Avakov “Facebook” səhifəsində bu məsələ barədə bildirib ki, Eduard Stavitskinin evindəki axtarış zamanı 42 kq qızıl sikkələr, 4,8 mln dollar məbləğində nağd pul, brilyanta bənzər qiymətli daşlarla dolu kisəciklər, çoxlu sayda zinət əşyaları və dünyanın ən bahalı brendlərinə məxsus 16 ədəd saat aşkarlanıb.
Bundan başqa, axtarış zamanı daşınmaz əmlak, müxtəlif şirkətlərdə paylar, torpaq sahələrinə dair çoxlu sənədlər, həmçinin, bank kartları və bank hesablarına dair sənədlər aşkarlanıb.
Ukraynanın keçmiş energetika nazirinin mənzillərində və ofislərində axtarış Baş Prokurorluq, DİN əməkdaşları tərəfindən Energetika Nazirliyinin vəzifəli əməkdaşları tərəfindən dövlət mülkiyyətinin talanması faktı üzrə başlanmış cinayət işi çərçivəsində həyata keçirilib. Hər oğrunun bir əvvəli olur, bir də sonu — uzun illər dörd divar arası…
Bölüm: Dünya
Oxunma sayı: 180