Muəllif: Redaksiya
Ukraynanın iki vilayətində Pegionlar və Kommunist partiyaları yasaq edildi
Ukraynanın iki vilayətində “xalq viiayət şuraları” tərəfində Viktor Yanukoviçin hakim Pegionlar Partiyası və Kommunist partiyaının fəliyyəti yasaq edilmişdir. Bu qərarlar İvanovo-Frankovsk və Ternopol vilayətlərində qəbul olunub.
Bu iki partiyanın simvolikaları da milli maraqlara, Ukrayna vətəndaşlarının hüquq və azadlıqlarına zidd sayılaraq yasaq edilib. Bu partiyaların biletlərini qaytarmayanlar elliklə pislənəcəklər. Əgər onlar iş adamlarıdırsa, istehsal etdikləri mallar və göstərdikləri xidmətlər boykot ediləcəkdir.
Ukraynanın Vinnitsa, Çerniqov və Poltava vilayətləri kimi onlarca bölgədə xalq tərəfindən vilayət idarələri tutulmuşdur.
Bölüm: Dünya
Oxunma sayı: 92