Muəllif:

Ukraynalı korrupsioner məmurların qara günü: AB hesabları dondurdu

Bir türk məsəlində deyildiyi kimi, «Eldən gələn yelnən gedər.  Başqa sözlə, xalqdan oğurladığını sonadək yeyə bilməzsən, bir gün onlar əzəli sahibinə qayıdacaq. Dünya işinin nizamı beləymi.  Bəli, xeyli vatdır sözü gən hadisə baş verdi: Avropa Birliyi hesabı dondurulacaq Ukrayna məmurlarının rüsvayçı  siyahısını açıqladdı.  Xalqdan oğurluq yolu ilə ərvət sahibi olmuş bu «kişiciklərin» mənfur siyahısına bu  şəxslərin adları yer alır:

Viktor Yanukoviç, onun oğulları Aleksandr və Viktor Yanukoviçlər, sabiq daxili işlər naziri Vitali Zaxarçenko, sabiq baş prokuror Viktor Pşonka və onun oğlu Artyom, sabiq təhlükəsizlik xidmətinin başçısı Aleksandr Yakimenko, sabiq baş nazir Nikolay Azarov və onun oğlu Aleksey, prezident administrasiyasının sabiq rəhbəri Andrey Klyuyev və onun qardaşı Sergey, prezident administrasiyası rəhbərinin sabiq müavini Andrey Portnov, sabiq ədliyyə naziri Yelena Lukaş, sabiq daxili işlər nazirinin müavini Viktor Ratuşnyak, iş adamı Sergey Kurçenko, sabiq təhsil və elm naziri Dmitri Tabaçnik, sabiq səhiyyə naziri Raisa Boqatıryova və Viktor Yanukoviçin sabiq müşaviri İqor Kalinin.

Bu siyahı iqtisadi sanksiyaların tətbiqi haqqında AB Şurasının qərarının qoşmasında dərc edilib. Ardınca, Böyük Britaniya korrupsiyada ittiham olunan 18 ukrynalının bank hesbalarını dondurur. Bu haqda maliyyə naziri Corc Osborn özünün Twitter-dəki səhifəsində yazıb. «Biz Avropa Birliyi ərazisində Ukraynanın dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinən 18 ukraynalının aktivlərini dondururuq», — eyə  nazir bildirib.

 Avstriya, İsveçrə və Lixtenşteyn də eyni addımı atıblar.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 118