Muəllif: Redaksiya
Ukraynadan Bakıya gələn olmayacaq, Ermənistanı Moskvadan bir zabit təmsil edir
Rəsmi İrəvan aprelin 7-8-də Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargahlar rəisləri Komitəsinin iclasında Ermənistanı təmsil edəcək nümayəndənin vəzifəsini dəqiqləşdirib. Armenia Today» saytına istinadən yayılan xəbərə görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, Komitənin Azərbaycanda keçirilən toplantısında Ermənistanı Silahlı Qüvvələrin Moskvadakı nümayəndəsi təmsil edəcək.
Bundan öncə tədbirdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Yuri Xaçaturovun iştirak edəcəyi bildilirirdi, görünür, fikirlərini dəyişiblər.
Ukrayna SQ Baş Qərargahı isə bəlli olaylarla bağlı olaraq Bakı toplantısına qatılmır…
Bölüm: Siyasət
Oxunma sayı: 121