Muəllif:

Ukraynada indi də prezident seçkiləri marafonu başlanır

Krım böhranı və sərhədlərdə gərginliyin davam etdiyi bu günlərdə ictimai-siyası atmosferə prezident seçkiləri stixiyası da əlavə olunur. Artıq aparıcı partiyalar öz namizədlərini müəyyən ediblər.  Beləliklə , prezident seçkiləri marafonu başlanır. Ukraynada növbədənkənar prezident seçkiləri mayın 25-də keçiriləcək. İlk olaraq Xarkovun sabiq meri Mixail Dobkin Regionlar Partiyasından prezidentliyə namizəd olub. Müvafiq qərar partiyanın Kiyevdə keçirilən qurultayında qəbul olunub. Dobkinin namizədliyini qurultay nümayəndələrinin əksəriyyəti – 315 nəfər dəstəkləyib.  Bunddan başqa,  Regionlar Partiyası sabiq prezident Viktor Yanukoviçi partiya sıralarından xaric edib. Sabiq baş nazir Nikolay Azarov, sabiq gəlirlər və yığımlar naziri Aleksandr Klimenko, sabiq baş nazirin I müavini Sergey Arbuzov və digərləri ddə partiya sıralarından  xaric olunublar.

Batkivşina Partiyası Yuliya Timoşenkonun prezidentliyə namizədliyini irəli sürüb. Bu qərar da partiyanın Kiyevdə keçirilən qurultayında qəbul olunub. Timoşenkonun prezidentliyə namizədliyinin irəli sürülməsini 482 nəfər dəstəkləyib.

Bu gün Kiyevdə UDAR (Ukrainskiy Demokratiçeskiy Alyans za Reformı) Partiyasının 11-ci qurultayında çıxış edən partiya lideri Vitali Kliçko prezident seçkilərində namizəd olmayacağını bəyan edib. O, seçkidə tanınmış iş adamı və ictimai-siyasi xadim Pyotr Poroşenkonu dəstəkləyəcəyini açıqlayıb. Bu qərar növbədənkənar prezident seçkilərinin taleyini həll edəcək mühüm hadisə kimi qiymətləndirilir.

Kliçko hər zaman demokratik qüvvələr tərəfindən prezidentliyə vahid namizəd irəli sürülməsinə tərəfdar olduğunu xatırladaraq hazırda ölkənin müharibə vəziyyətində olduğu bir dövrdə bu məsələnin daha da aktuallaşdığını vurğulayıb: “Hazırda elə vəziyyət yaranıb ki, səhv etmək olmaz. Siyasi populizm dövrü keçib, məsuliyyətli qərarlar dövrü yetişib. Prezidentliyə namizəd vətəndaşların maksimum dəstəyini almalı və qələbəyə maksimal şansı olmalıdır. Bu gün belə namizəd Pyotr Poroşenkodur”.

Kliçko Kiyev şəhər meri vəzifəsinə namizəd olacağını elan edib. O, Kiyevi Avropa tipli paytaxta çevirəcəyini bildirib. Xatırladaq ki, prezident seçkiləri ilə mer seçkiləri eyni anda keçiriləcək.

Ölkədə keçirilən son sosioloji sorğularda Pyotr Poroşenkonun ən yüksək reytinqə malik olduğu ortaya çıxıb. 1965-ci il doğumlu Poroşenko həm məşhur oliqarx, həm də müxtəlif dövlət vəzifələrində çalışmış təcrübəli siyasətçidir. O, Viktor Yuşşenkonun prezidentliyi dövründə Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi, Milli Bankın sədri, xarici işlər naziri vəzifələrində, Viktor Yanukoviçin hakimiyyəti dövründə isə qısa müddət ticarət və iqtisadi inkişaf naziri vəzifəsində çalışıb.  Poroşenko məşhur “Roshen” qənnadı və “Bogdan” avtomobil korporasiyalarının sahibidir.

Marafona daha altı siyasətçi də qatılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 123