Ukraynada bu gündən etibarən ümumi hərbi səfərbərlik başlanır
Bu barədə Birinci Milli Telekanalın efirində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy bəyan edib. Bu wmumi səfərbərlik Rusiya tərəfindən hərbi müdaxilə təhlükəsinin olması ilə bağlı elan olunub. Andrey Parubiy Facebook səhifəsində yazıb ki, ümumi səfərbərlik bu gün yerli vaxtla 08.00-da (Bakı vaxtı ilə 10.00-da) başlanır. Twitter səhifəsində isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi ümumi hərbi səfərbərlik haqqında qərarın bu səhər dərc olunacağını qeyd edib.
Səhər sosial şəbəkə istifadəçiləri Ukraynada hərbi komissarlıqların artıq işə başladıqlarını qeyd edirlər. hərbi komissarlıqlar bütün ölkədə çağırışçılarra zəng etməyə başlayıblar.
Ali Radanın bu günkü qapalı iclasında fövqəladə və ya hərbi vəziyyət elan edəcəyi gözlənilir.