Muəllif:

Ukrayna səfirimiz Xarkovda azərbaycanlı tələbələrlə görüşüb

Azərbaycanın Ukrayna səfiri Eynulla Mədətli Xarkova gedərək, şəhərin ali təhsil ocaqlarında oxuyan azərbaycanlı tələbələrlə görüşüb. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən yayılan xəbərə görə,  səfir Mədətli Xarkov Milli Radioelektronika Universitetinin rektoru Vladimir Maştalir ilə görüşdükdən sonra universitetin böyük tədbir salonunda Xarkovun 23 ali təhsil müəssisəsində təhsil alan iki mindən artıq tələbənin 300-dək nümayəndəsi ilə görüş keçirib.

Görüşdə səfirliyin birinci katibi Sabir Rzayev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, universitetin xarici tələbələrlə iş üzrə dekanı professor Murad Ömərov da iştirak edib.

Səfərin məqsədi barədə tələbələrə məlumat verən diplomat Azərbaycan dövlətinin daim öz seçimləri ilə Ukraynada təhsil almağa gələn tələbələrimizin qeydinə qaldığını bildirib. O, ölkəmizdə gedən inkişaf prosesindən, əldə edilən nailiyyətlərdən ətraflı danışaraq, gələcəkdə savadlı mütəxəssislərə, xüsusən texniki sahədə təhsilli gənclərə tələbatın artacağını qeyd etmiş, tələbələrimizə təhsillərinə xüsusi diqqət ayırmalarını tövsiyə edib.

Müzakirələr nəticəsində tələbələrin daha çox üzləşdiyi bir neçə problem müəyyən edilib, onların bəzilərinə aydınlıq gətirilib, digərlərinin isə müxtəlif səviyyələrdə araşdırılacağı və bu barədə mümkün tədbirlər görüləcəyi bildirilib.

Səfir Xarkovda təhsil alan tələbələrlə Azərbaycan diaspor təşkilatları arasında qarşılıqlı təması təşviq etmək məqsədilə Xarkovda fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri Murad Ömərovu, Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayət təşkilatının sədri Qurban Abbasovu, “Aynur” Qadın Cəmiyyətinin sədri Kifayət Cəfərovanı təqdim edərək, onlara gələcəkdə daha sıx təmas qurmağı tövsiyə etmişdir. O, Ukraynada Azərbaycan dəyərlərinin təbliğ olunmasında fəaliyyətlərinə görə Qurban Abbasova səfirliyin adından təşəkkürnamə təqdim edib.

Mədətli belə görüşlərin mütəmadi keçiriləcəyini, növbəti görüşün cari ilin may ayında V.Karazin adına Xarkov Milli Universitetində ola biləcəyini qeyd edib.

Səfir Eynulla Mədətli  Xarkova səfəri çərçivəsində Xarkov Milli Radioelektronika universitetinin rektoru Vladimir Maştalir və Xarkov Ali Təhsil müəsisələrinin xarici tələbələrlə iş üzrə prorektorları ilə şurasının üzvləri ilə görüşmüşdür.Görüşdə Xarkovun təhsil müəssisələri, Azərbaycanda təhsil sistemi, Xarkovda təhsil alan Azərbaycanlı tələbələrin təhsil məsələləri, tələbələrlə keçirilmiş görüşdə qaldırılmış məsələlər barədə fikir mübadilələri aparılmışdır. Azərbaycanlı tələbələrə götərilən diqqətə görə prorektorlara təşəkkür edən Səfir onları Bakıya səfərə dəvət etmişdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 169