Muəllif:

Ukrayna öz hərbçilərinə silahdan istifadəyə icazə verdi

Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompey və Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu birgə bəyanatında bildirilir ki, Avropa Birliyi Krımın Rusiyaya birləşdirilməsini tanımır. “Röyters”ə istinadən, bəyanatda  Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılmasının vacibliyi vurğulanıb. “Avropa Birliyi Krımdakı referendumun nə legitimliyini, nədə ki onun nəticələrini tanımır. Avropa Birliyi Krımın və Sevastopolun Rusiya tərəfindən anneksiya olunmasını tanımayacaq”, deyə bəyanatda vurğulanır.     

NATO baş katibi Anders Foq Rasmussen də Krımın Rusiyaya birləşdirilməsini pisləyib. Rasmussen qeyd edib ki, Rusiya tərəfi beynəlxalq hüquqa uyğun addım atmaq kimi çağırışlara məhəl qoymayaraq, çox təhlükəli yolla gedir. Onun sözlərinə görə, Rusiyanın bu yolda atılacaq sonrakı addımları onun beynəlxalq miqyasda təcrid olunmasını gücləndirəcək. Rasmussen referendumu qeyri-legitim sayıb.

Bu arada Ukrayna Müdafiə Nazirliyi Krımda hərbçinin həlak olması ilə əlaqədar, yarımadada yerləşən bütün hərbi hissələrə silahdan istifadə icazə verildiyini bəyan edib.

“Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının səlahiyyətlərini icra edənin və Ukrayna müdafiə nazirinin  səlahiyyətlərini icra edənin qərarına, həmçinin Baş Qərargah rəisi – Ukrayna  Silahlı Qüvvələrinin Baş Komandanının əmrinə əsasən, Krım Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrə silahdan istifadə etməyə icazə verilib”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin saytında dərc olunmuş açıqlamada bildirilir.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 105