Muəllif:

Ukrayna ordusu qüvvələrini yenidən qruplaşdırır

Ukrayna ordusu Rusiya qoşunlarının Ukrayna sərhədindəki yerdəyişmələrinə uyğun olaraq qüvvələrini yenidən qruplaşdırır. Bunu Ukrayna müdafiə naziri səlahiyyətlərinin icraçısı İqor Tenyux deyib. Tenyux bildirib ki, martın 17-nə olan duruma əsasən Ukrayna Silahlı Qüvvələri zəruri ehtiyatlarını bərpa edib və öz funksiyalarını yerinə yetirməyə hazırdır:

“Ukrayna ordusu şimal istiqamətində qüvvələr nisbətini bərabərləşdirib, cənub istiqaməti gücləndirilib və hazırda şərq istiqamətinin gücləndirilməsi davam etdirilir. Bu gün silahlı qüvvələrimiz Rusiya tərəfinin yerdəyişmələrinə uyğun olaraq qərbdən cənuba qədər müəyyən rayonlarda yerləşdirilib. Şimal, cənub və şərqdə qısa müddət ərzində bütün lazımi resursları bərpa edərək qarşıya qoyulan vəzifələri yerinə yetirməyə hazırıq”.  

Tenyux Rusiyanın Ukrayna sərhədləri yaxınlığında 60 mindən çox canlı qüvvə cəmləşdirdiyini söyləyib. 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 100