Muəllif:

Ukrayna: müxalifətin tələbi qəbul olundu!

Ölkədə milli etimad hökumətinin yaradılması, 2004-cü il Konstitusiyasına qayıdış və növbədənkənar prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Ukrayna prezidenti Viktor Yanukoviç ölkədə qarşıdurmaya və siyasi böhrana son qoymaq üçün bir sıra təşəbbüslərlə çıxış edib. Onun Prezident saytında  yerləşdirilən bəyanatında  müxalifətin əsas tələbi olan 2004-cü ilin Konstitusiyasına qayıtmaq təşəbbüsü irəli sürülür. Belə ki, prezidentin, parlamentin və hökumətin səlahiyyətlərini tənzimləyəcək Konstitusiya islahatına dərhal başlanacaq və bu proses 2014-cü ilin sentyabrında başa çatacaq. Bu islahat nəticəsində prezidentin səlahiyyətləri ixtisar ediləcək, parlament və hökumətin rolu artırılacaq. 

Yanukoviç müxalifətin digər tələbi olan ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinə də razılaşıb. Növbədənkənar seçkilərin Konstitusiya islahatından sonra, 2014-cü ilin dekabrından gec olmayaraq keçirilməsi planlaşdırılır. Seçkiyə qədər yeni seçki qanunvericiliyi qəbul ediləcək və ATƏT, Venesiya Komissiyası standartlarına, tövsiyələrinə uyğun şəkildə proporsional əsasda yeni Mərkəzi Seçki Komissiyası formalaşdırılacaq.

Prezident siyasi qüvvələri milli etimad hökumətinin formalaşdırılmasına da çağırıb. 

Bu  arada Ukrayna daxili işlər naziri Vitali Zaxarçenko iğtişaşların gedişində ölənlərin sayını açıqlayıb. Onun bəyanatında deyilir.

“Deyiləndə ki, bir tərəfdən 13 nəfər, digər tərəfdən isə 67 nəfər ölüb, mənim üçün qəribə səslənir. Ona görə ki, biz 80 nəfər vətəndaşımızı öldürmüşük”.

Bundan öncə Ukrayna Səhiyyə Nazirliyi 77 nəfərin öldüyü haqda məlumat yayıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 109