Muəllif:

Ukrayna müdafiə nazirini dəyişdi: Mövcud anormal durumu dəyişdirmək mümkün olacaqmı?

Ukraynanın müdafiə naziri səlahiyyətlərinin icraçısı, admiral İqor Tenyux istefaya gedib.  Krımdakı          Ukrayna hərbi hissələri ilə baş verən məntiqdən kənar hadisələrdən sonra bu istefa gözlənilən idi.  Ali Radada  Tenyuxun istefası 228 səslə qəbul olunub. Parlament prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinovun təqdimatı ilə Mixail Kovalı müdafiə naziri səlahiyyətlərinin icraçısı təyin edib.  Kovalın namizədliyi 251 səslə dəstəklənib.

Koval 1956-cı ildə Xmelnitsk vilayətinin İzyaslav şəhərində doğulub. Ukrayna Sərhəd Qoşunlarının general-polkovnikidir. Bu il martın 5-də Krımda olarkən Yaltada naməlum şəxslər tərəfindən oğurlanıb. Danışıqlar nəticəsində azad edilib.

Bu dəyişiklik mövcud durumu Ukraynın xeyrinə dəyişdirəcəkmi?

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 121