Ukrayna məmurlarına hədə: ünvanlı sanksiyalar tətbiq edilə bilər
Avropa Parlamentinin deputatları Avropa Birliyini bəzi ukraynalı məmurlara qarşı ünvanlı sanksiyalar tətbiq etməyə çağırıb. Bu gün Avropa Parlamentində qəbul olunmuş qətnamədə Kiyevdəki hadisələr zamanı edilən hücumlara və etirazçıların öldürülməsinə görə məsuliyyət daşıyan məmurların Avropa ölkələrinə səfərlərinə qadağa qoyulmasına, habelə onların bank aktivlərinin dondurulmasına dair çağırış yer alıb.
Deputatlar Avropa Birliyini Ukrayna üçün uzunmüddətli maliyyə yardımı paketini formalaşdırmağa çağırıblar. Bu maliyyə yardımı yeni keçid hökumətinə borcların ödənilməsi ilə bağlı vəziyyəti normallaşdırmaq üçün kömək etməlidir.
Digər qətnamədə isə Avropa Parlamentinin deputatları “Şərq tərəfdaşlığı” ölkələrinə qarşı siyasi və iqtisadi təzyiqləri göstərən Rusiyanı tənqid ediblər.