Muəllif:

Ukrayna MDB-də sədrliyini dayandırmaq haqda nota verdi: MDB sökülür?..

Ukraynanın MDB-də sədrliyini dayandırması haqda nota MDB İcraiyyə Komitəsinə təqdim olunub. Ukraynanın MDB orqanları yanında səlahiyyətli təmsilçisi İvan Buneçko  bu barədə  açıqlama ilə çıxış edib. Buneçko bildirib ki, nümayəndəlik notanı aldıqdan sonra onu İcariyyə Komitəsinin katibliyinə təqdim edib. O deyib:

«Nota bu gün Minskdə səsləndiriləcək. Lakin mən sədrlik etməyəcəm».

Deyəsən, MDB-nin sökülmə prosesi başlanır. Gürcüstan, indi isə Ukrayna…  Əgər MDB-nin bir üzvü başqasının torpağını tutursa və buna qarşı tədbir görülə bilmirsə, bu nə qurumdur belə, — deyə sual edilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 114