Muəllif:

Ukrayna Krımın suyunu kəsdi

Ukrayna Rusiyanın öz tərkibinə daxil etdiyi Krım yarımadasına Dnepr çayından Şimali Krım kanalı ilə su verilməsini dayandırıb.  Krımın şirin suya olan tələbatının 85 faizi məhz bu kanal vasitəsi ilə təmin edilirdi.

Kaxovka su anbarından başlayan, uzunluğu 402,5 km, maksimum buraxılış gücü saniyədə 300 kub.m olan Şimali Krım kanalı 1961-1971-ci illərdə tikilib. Şimali Krım su kanalının bağlanması Krımda 120 min hektar sahədə əkilmiş kənd təsərrüfatı məhsullarının faktiki məhv olması deməkdir. Üzüm sahələrinin yarısı, 30 min hektar sahədə becərilən düyü və bağların bir hissəsi Şimali Krım su kanalı vasitəsi ilə daxil olan su hesabına suvarılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 433