Ukrayna: hökumət müxalifəti saya salmadı — qəddar qanunlar qüvvəyə mindi!
Ukraynada son günlər kütləvi etirazlara və toqquşmalara səbəb olmuş qalmaqallı qanunlar parlamentin orqanı “Qolos Ukrainı” və hökumətin orqanı “Uryadovıy kuryer” nəşrlərində dərc olunaraq qüvvəyə minib. Bununla da hökumət müxalifəti saya saalmadıgını göstərmiş oldu. Ukrayna müxalifəti bu fikirdədir ki, bu qanunlar ölkədə diktatura qurulmasına əsas yaratdır. Hökümətin bu addımından sonra müxalifət kütləvi etiraz aksiyalarını davam etdirəcəyini bildirir. Söhbət bu qanunlardan gedir:
— Məhkəmə quruluşu və hakimlərin statusu haqqında qanuna dəyişiklik edilməsi haqqında qanun;
— Deputatların saxlanılması, cinayət məsuliyyətinə cəlb edilməsi və həbsinə icazə prosedurunun sadələşdirilməsi haqqında Ali Radanın reqlamentinə dəyişiklik edilməsi haqqında qanun;
— Yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində inzibati hüquqpozmalara görə məsuliyyət haqqında qanun;
— Futbol qarşılaşmaları zamanı inzibati hüquqpozmaları görə məsuliyyət haqqında qanun;
— Cinayət Prosessual Məcəlləyə qiyabi məhkəmə baxışı ilə əlaqədar dəyişiklik haqqında qanun;
— Noyabrın 21-dən 26-na qədər ölkədə keçirilmiş dinc toplantıların iştirakçılarının (hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla) cinayət məsuliyyətindən azad edilməsi haqqında qanun;
— İkinci Dünya müharibəsi iştirakçılarının dəfn yerlərinin təhqir olunmasına görə məsuliyyət tətbiq olunması haqqında qanun;
— Faşistlərin və onların əlaltılarının əməllərini inkar etmək və ya bunlara bəraət qazandırmağa görə cinayət məsuliyyəti haqqında qanun.
Cözügedən bu qanunlar yanvarın 16-da Ali Radada hakimiyyət və müxalifət tərəfdarlarının qarşıdurması şəraitində, müzakirə olunmadan və elektron səsvermə aparatından istifadə olunmadan, Regionlar Partiyası və Kommunist Partiyasının deputatlarının əl qaldırması yolu ilə qəbul olunub. Müxalifət bu qanunların qəbulunu dövlət çevrilişi və diktaturaya hüquqi əsas yaratmaq cəhdi kimi qiymətləndirib və əhalini kütləvi etirazlara səsləyib. Yanvarın 19-da paytaxt Kiyevdə nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib, hər iki tərəfdən onlarla adam xəsarət alıb.