Muəllif:

Ukrayna hərbçiləri ölkələrinə sadiq qalıblar

Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə sərhəd bölgələrində keçirilən hərbi təlimlərin dayandırılması haqda göstəriş verdiyi xəbəri yayılıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, dünən Putinə təlimlərin uğurla keçdiyi haqda məruzə edilib. Bundan sonra Putin hərbi birləşmələrin komandirlərinə hərbi hissələrə qayıtmaq haqda göstəriş verib.

Bununla belə Ukrayna Dövlət Sərhəd Xidməti Rusiyanın Xarkov, Luqansk və Donetsk vilayətləri ilə sərhəd bölgələrində hərbi texnikanın cəmləşdiyi haqda məlumat yayıb.  Bütün bu psixoloji təzyiqlərə baxmayaraq, Ukrayna hərbçiləri ölkələrinə sadiq qalıblar. Məsələn, Ukrayna Hərbi Dəniz Qüvvələrinin Sevastopoldakı komandanlığından “Azadlıq” radiosuna bildirilib ki, “heç bir hərbi hissə, heç bir qarnizon və hərbi gəmi silahları təhvil verərək qondarma “Krım hökuməti”nə sadiqlik andı içmək və ya xidməti tərk etmək barədə Rusiya hərbçilərinin ultimatumunu yerinə yetirməyib!”

Deyilib ki, HDQ-nin sabiq komandanı Denis Berezovskinin xəyanətindən sonra başqa fərarilik halı da qeydə alınmayıb.   Ukrayna Müdafiə Nazirliyinin Krımdakı media mərkəzinin rəisi Vladislav Seleznyov 4 mart gecəsi Krımdakı Ukrayna hərbi hissələrinə hər hansı hücum faktının qeydə alınmadığını söyləyib. Buna baxmayaraq, hərbi hissələrin ətrafında gərginlik davam edir. 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 122