Muəllif:

Ukrayna DİN: Rusiya Krıma silahlı müdaxilə edib, bu artıq işğaldır

Ukraynanın Daxili İşlər Nazirliyi Rusiya Federasiyasının Krıma silahlı müdaxilə etdiyini açıqlayıb. Nazir Avakov özünün Facebook səhifəsində Sevastopol şəhər Belbek beynəlxalq hava limanının RF Qara dəniz donanmasının hərbçiləri tərəfindən mühasirəyə alındığını bildirib:
“İçəridə Ukrayna hərbçiləri və sərhədçiləri var. Bayırda isə üzərində tanınma nişanı olmayan kamuflyaj geymiş, lakin öz mənsubiyyətlərini gizlətməyən silahlı şəxslər dayanıb. Baş verənləri silahlı müdaxilə və işğal kimi qiymətləndirirəm. Bu, bütün beynəlxalq müqavilələrin, normaların pozulmasıdır və suveren dövlətin ərazisində qan tökülməsi məqsədilə törədilən təxribatdır”.
Nazir hələlik silahlı toqquşma olmadığını, hava limanının fəaliyyət göstərmədiyini söyləyib.  Avakov baş verənlərin artıq DİN-in səlahiyyət çərçivəsini aşdığını və məsələ ilə bağlı Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının qərar verməli olduğunu bəyan edib.
Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 150