ÜAK Krım üzrə təmsilçilik yaradır
Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Krım üzrə təmsilçilik (bölmə) yaradır. ÜAK icraçı direktoru İlqar Hacıyev bu həssas məsələ barədə bildirib ki, onlar Rusiya qanunvericiliyinə uyğun olaraq artıq ölkə rəhbərliyi tərəfindən Krımın RF-yə birləşdirilməsi rəsmiləşdirildiyi üçün ÜAK-ın da orada təmsilçiliyini yaratmalıdırlar və azərbaycanlıların diaspor fəaliyyətinə dəstək verilməlidir:
«Artıq Rusiyada yaşayan digər millətlərin diaspor təşkilatları öz nümayəndəliklərini Krımda yaradıb və biz də bu günlərdə Krım bölməmizi yaratmağı planlaşdırırıq. Rusiyada yaşadığımız üçün bu ölkənin qanunlarına uyğun olaraq bunu etməliyik».
Bəlli olduğu kimi, Rusiya ilə Krım arasında müvafiq saziş martın 18-də imzalanıb, Krım və Sevastopol Rusiya Federasiyasına iki yeni subyekt qismində daxil olub.