Muəllif: Redaksiya
Tutulan çölpişiyi zooparka təhvil veriləcək
Göyçayda sakinlərin ev heyvanlarına qənim kəsilən çöl pişiyi tutulub. Göyçay rayon sakini, qəssab Rövşən Hüseynovun Potu kəndi ərazsində otardığı quzular, eləcə də qonşuların ev quşları son 3-4 ay ərzində naməlum heyvan tərəfindən parçalanıb.
Bununla əlaqədar Rövşən Hüseynov ərazinin 10-15 yerində tələ qurub. Tələyə vəhşi çöl pişiyi düşüb.
İri caynaq və iti dişləri olan vəhşi heyvan pələngkimilər nəslinə mənsub olduğundan 5-6 metr yüksəkliyə qalxa və cəld qaça bilir. Hazırda dəmir qəfəsə salınan heyvanın zooparka veriləcəyi bildirilir.
Yerli sakinlər həmin ərazidə belə heyvanlara tez-tez rast gəlindiyini deyirlər.
Bölüm: Xəbərlər
Oxunma sayı: 148