Muəllif:

TÜRKSOY 2014-cü ili “Türkmən şairi Məhdimqulu ili” elan edib

 TÜRKSOY 2014-cü ili “Türkmən şairi Məhdimqulu ili” elan edib. Təşkilatın baş katibi Düsen Kaseinov bu gün Atatürk Mərkəzində keçirilən tədbirdə  qeyd edib ki, Məhdimqulunun həyat və yaradıcılığına həsr olunan tədbirlərdən biri də Azərbaycanda keçiriləcək: “Biz mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə, M.F.Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirovla bu barədə müzakirələr aparmışıq və növbəti aylarda Bakıda da tədbir keçirməyi planlaşdırırıq”.

 1733-cü ildə doğulan Məhdimqulu Fəraqi təxəllüsü ilə şeirlər yazıb. 1500 illik Oğuz şeirinin ən istedadlı təmsilçilərindən biridir. Onun yaradıcılığı türkmən ədəbiyyatının inkişafında mühüm mərhələ hesab olunur. Məhdimquluda Yunuc Emrə ruhu var. Onun yaradıcılığınınAzərbaycanın eyni dilli  şairləri Molla Pənah Vaqifə və Molla Vəli Vidadiyə ciddi təsir etdiyi barədə mülahizələr mövcudur. Məhdimqulu 1797-ci ildə Vaqiflə eyni ildə həyata vida edib.

 Onun yaşam yolu haqda sovet dönəmində populyar bir film çəkilmişdi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 451