Muəllif: Redaksiya
Türksat 4А Baykonurdan orbitə buraxıldı
Bu gün Moskva vaxtı ilə saat 01:10:47-də Rusiyanın Proton-M daşıyıcı raketi Türkiyənin Türksat 4А rabitə peykini Qazaxıstanın Baykonur kosmodromundan orbitə çıxarıb.
Türkiyədən gəlmiş rəsmi heyət buraxılışı izləyib, deyə Anadolu agentliyi xəbər verir.
Bu peykin manevr ömrü 30 ildən çox olacaq və Türkiyənin komosda buna qədərki peyklərindən siqnal keyfiyyətinə və imkanlarına görə daha üstün olanıdır.
Rusiya xəbər qaynaqlarına istinadən, Türksat 4А Turksat AS peyk rabitəsi operatoruna məxsusdur. Bu peyk Mitsubishi Electric — МЕLCO şirkəti (Yaponiya) tərəfindən Turksat AS peyk operatorunun sifarişi əsasında hazırlanmışdır.
Peyk Türkiyə, Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika qitəsində televiziya yayımı və genişzolağlı rabitə xidmətlərinin təmin edilməsi üçün nəzərdə tutulub.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 133