Muəllif:

Türkməneli: Altınköprü qətliamı şəhidləri anıldı

Kərkük şəhərində Altınköprü Qətliamının 23-cü  ildönümü dolayısıyla törən düzənləndi. İraq ordusunun 28 Mart 1991-de Kərkük ilə Ərbil arasında qalan Altınköprü qəsəbəsinə düzənlədiyi əməliyyatda həyatını  itirən 100 Türkmən anıldı.  Altınköprü Şəhidlər Anıtındakı törən sayğı duruşuyla başlayıb. Daha sonra şəhidler üçün Qur’an-ı Kərim oxunub. Ailələr, itirdikləri yaxınlarının məzarı başında gözyaşı töküblər, deyə Anadolu Agentliyi xəbər verir. 

İraq Türkmən Cəbhəsi (İTC) Başqanı Erşəd Salihi törəndəki çıxışında şəhidlərin davaları üçün canlarını fəda etdiyini bildirərək, «Türkmən millətinin bu gün İraqda  əldə etdiyi  bütün siyasi ve kültür haqları, bu şəhidlərin fədakarlıqları sonucunda əldə edilmiştir» deyib.

Mərasimə Kərkük El Məclis Başqanı Hasan Turan, Kərkük Elçə Məclis Başqanı Münir Kafili və ITC partiyası mənsubları qatılıb.

Körfəz Savaşından sonra Bəəs rejiminin əmriylə, 28 Mart 1991-de Altınköprü qəsəbəsindəki ayaqlanmaya qatıldıqları ittihamı ilə yüzdən çox Türkmən öldürülmüşdü. 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 189