Muəllif: Redaksiya
Türkməncə Iraqda rəsmi dil oldu
Türkməncə, Süryanicə və Asuricə Iraq Parlamenti tərəfindən bəyənilən qanunla rəsmi dil olaraq qəbul edildi. Beləliklə ölkədə Ərəbcə və Kürdcə ilə birlikdə rəsmi dil sayı 5-ə çatdı.
Təklif 185 milletvəkilinin səsverməyə qatılmasıyla qanun şəklinin almışdır. Türkmənlər yaşadıqları bölgələrdə çoxluq təşkil etdiklərinə əsaslanaraq öz dillərini rəsmi dil olaraq istifadə edəcəklər.
Hesab edilir ki, bu qanun İraqın demokratikləşdirilməsində faydalı olacaqdır. Türkmənlər sayca İraqda üçüncü millətdir. Bəzi iddialara görə o ölkədə soydaşlarımızın sayı etnik kürdlərin sayı qədərdir. İraqda etnik kökənə bağlı əhali sayımı aparılmayıb deyə ortada dəqiq rəqəm yoxdur.
Bölüm: Dünya
Oxunma sayı: 167