Muəllif:

Türkiyədə Twitter və Youtube hədəfə alındı

Türkiyədə Twitter ilə bağlı qalmaqal uluslararası arenda geniş rezonans doğurmuşdur. Buna qarşılıq Twitter Türkiyə hökumətinin sosial şəbəkənin istifadəsinə qadağa qoyulmasından sonra tədbirlər görüb və kiberqanunlar üzrə ixtisaslaşan vəkil tutub. Vəkil Günenc Gürkaynak bildirib ki, o, Türkiyə Telekommunikasiya İdarəsinin (TİB) rəsmiləri ilə görüşündə Twitter-in maraqlarını təmsil edib. «Biz məsələnin hüquqi həllini arayırıq», — deyə vəkil bildirib.

Bir sıra KİV-lər İstanbul məhkəməsinin qərarı ilə Twitter mikrobloqunun bağlanılması barədə cümə günü məlumat yayıb. Hakimiyyət Twitter mikrobloqlar şəbəkəsinə girişi cümə gününə keçən gecə bağlayıb. Şəbəkəyə giriş ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyanatla çıxış edəndən bir neçə saat sonra bağlanılıb.

Dünən o, bildirib ki, xarici təsirlərdən ölkə vətəndaşlarını qorumaq üçün lazım olsa Youtube və Facebook-dan istifadə edilməsinə qadağa qoyulması məsələsi gündəliyə daxil edilə bilər. Lakin Türkiyə prezidenti Abdulla Gül Youtube və Facebook-dan istifadəni yasaq etmənin mümkünsüz olduğunu deyib.

Twitter-ə giriş yasaq edildikdən sonra Youtube da bağlana biləcəyini “Milliyyət» qəzeti də yazır. Qəzetin məlumatına görə, Türkiyə Prokurorluğu Google şirkətindən ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın saxta telefon danışıqlarının yayıldığı materialların silinməsini və IP-lərin dəqiqləşdirilməsini tələb edib.

Qeyd olunur ki, həmin saxta telefon danışıqları Hindistan və Fransada yüklənilib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 111