Muəllif:

Türkiyə 1915-ci ildə ölkəni tərk etmiş ermənilərin törəmələrinə pasport verəcək

Türkiyə hökuməti “1915-ci il  olayları ilə bağlı ölkəni tərk etmiş” erməni nəslinin nümayəndələrinə Türkiyə pasportunun verilməsini qərara alıb, deyə Hurriyet xəvər verir. Hazırda Nazirlər Kabineti və XİN bu məsələ üzərində işləyir. Təklifi Nazirlər Kabinetinin iclasına xarici işlər naziri Əhməd Davutoğlu çıxarıb.

“Türkiyə heç zaman kiminsə təzyiqi altında siyasi bəyanatlar   verməz”, — Ə.Davutoğlu R.T.Ərdoğanın 23 aprel bəyanatını şərh edərkən bildirib. Bu bəyanat Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin tərkib hissəsidir.

“Bəyanat çağırışdır. Biz ermənilərin dərdinə şərik oluruq və ümid edirik ki, bütün tərəflər analoji hərəkət edəcəklər. Bu, tarixi hadisələr ətrafında mövcud olan münaqişəyə son qoyacaq. Ümid edirik ki, çağırışımıza cavab gələcək”, — Ə.Davutoğlu vurğulayıb (Turan).

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 150