Muəllif: Redaksiya
Türk məhkəməsi YouTube-un da açılmasına qərar verdi
Türkiyə məhkəməsi YouTube-un da açılmasına qərar verib. Twitterdən sonra YouTube da məhkəmənin qərarı ilə açılacaq. Ankaranın Gölbaşı ilçə məhkəməsi YouTube-a girişin yasaq olunması haqda qərarı ləğv edib. Qərar TİB (Telekommünikasyon İletişim Başkanlığı) adlanan dövlət telekommunikasiya qurumu tərəfindən icra olunduqdan sonra vətəndaşlar yenidən sərbəst şəkildə YouTube-a giriş edə biləcəklər.
Anayasa Məhkəməsi aprelin 3-də vətəndaşların fərdi müraciətləri əsasında Twitterə girişin yasaq olunması barədə qərarı ləğv edib.
Bölüm: Dünya
Oxunma sayı: 104