Turçinov Ukrayna ordusunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirdi
Ukrayna prezidenti səlahiyyətlərini icra edən, Ali Radanın sədri Aleksandr Turçinov ordunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsinə dair əmr verib. Turçinov bunu Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra bəyan edib. Turçinov Rusiya Federasiya Şurasının ordunun Ukraynaya yeridilməsi ilə bağlı prezident Vladimir Putinin müraciətini dəstəklədiyini xatırladıb. Turçinov qeyd edib ki, bu işğal aktı üçün heç bir əsas yoxdur. Onun sözlərinə görə, Ukraynanın rusdilli əhalisi üçün təhlükənin olması haqda bəyanatlar uydurma və yalandır. Turçinob bununla da faktik olaraq Putin başda olmaqla Rusiya rəhbərliyini yalançılıqda və uydurmaları tirajlamqda ittiham etmiş olur.
Turçinov qeyd edib ki, Atom Elektrik Stansiyaların, aeroportların, strateji və infrastruktur obyektlərin mühafizəsi ciddi gücləndirilib. O Milli Təhlükəsizlik və Müdafiə Şurasının birbaşa işğal hal üçün plan hazırladığını bildirib. Turçinov Ukrayna xalqını sakitliyə çağıraraq təxribatlara uymamağa çağırıb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası ordunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini bəyan edib. Ölkənin enerji infrastrukturu və digər mühüm strateji obyektləri mühafizə altına alınıb. Bu gün ölkədə və onun sərhədlərində yaranan vəziyyətlə bağlı Ali Radanın növbədənkənar iclası olcaq.