Muəllif:

Turçinov Krımda Krımda hökumət binalarının azad edilməsinə göstəriş verib

“İstənilən hərəkət, xüsusən də silahla, biz tərəfdən hərbi təcavüz kimi qiymətləndiriləcək” — Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov belə bir xəbərdarlıqla çıxış edib və hüquq-mühafizə orqanlarına Krımda Nazirlər Şura və parlament binalarının azad edilməsinə dair göstəriş verib.

Sözügedən binalar üzərində səhərdən bəri Rusiya dövlət bayrağı asılıb. Bu binaları zəbt etmiş şəxslər hakimiyyət nümayəndələri ilə danışıqlar aparmaqdan imtina edirlər.

Turçinov Rusiyadan baza sazişlərinə əməl etməyi tələb edib və deyib: “Rusiyanın Qara dəniz donanmasının rəhbərlərindən tələb edirəm ki, hərbçilər müvafiq sazişlərdə nəzərdə tutulan ərazidən kənara çıxmasınlar. İstənilən hərəkət, xüsusən də silahla, biz tərəfdən hərbi təcavüz kimi qiymətləndiriləcək. Ukrayna dövlət öz ərazi bütövlüyünü və suverenliyini qorumaq iqtidarındadır”.

Öz növbəsində, Ukrayna Baş Prokuroluğu Krımda hökumət binalarının ələ keçirilməsi faktı ilə bağlı CM terror aktı maddəsi ilə cinayət işi açıb.  Bu arada Krım Muxtar Respublikası Nazirlər Şurasının sədri Anatoli Mogilyov hökumət binalarını zəbt etmiş şəxslərlə görüşüb. Bu görüş Krım Nazirlər Şurası binasının foyesində olub. Binaları zəbt etmiş şəxslər danışıqlar aparmaq və tələblər irəli sürmək səlahiyyətində olmadıqlarını bildiriblər…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 95