«Turac» kafesi sahibindən rüşvət istəmiş «baş redaktorun» məhkəmə istintaqı başa çatıb
Sumqayıt Şəhər Məhkəməsində “İynə” satirik jurnalının həbsdə olan baş redaktoru Baloğlan Mirzəlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Baloğlan Mirzəlinin vəkili Anar Qasımlının APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edilib. Növbəti proses martın 4-nə təyin edilib. Həmin gün dövlət ittihamçısı çıxış edəcək.
Mirzəli Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü bölməsinin əməkdaşları tərəfindən həbs olunub. B. Mirzəli 26 noyabr 2013-cü il tarixində izahat alınması üçün bölməyə çağırılıb və 28 noyabr 2013-cü il tarixdə haqqında bir ay müddətində həbs qətimkan tədbiri seçilib. Buna səbəb kimi onun Bakı-Sumqayıt şosesində yerləşən “Turac” kafesinin sahibindən rüşvət istəməsi göstərilib.
CM 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsinə əsasən ittiham olunur.